Mədəniyyət

Bakıda keçirilən VIII Beynəlxalq Mstislav Rostropoviç festivalı başa çatıb

24 May 2015 23:41
Baxış: 1 319
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Mstislav Rostropoviç Fondunun birgə təşkilatçılığı ilə Bakıda keçirilən VIII Beynəlxalq Mstislav Rostropoviç festivalının mayın 24-də təntənəli bağlanış mərasimi olub.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, xəbər verir ki, Heydər Əliyev Sarayında keçirilən mərasimdə görkəmli mədəniyyət və incəsənət xadimləri, o cümlədən festivalın bədii rəhbəri Olqa Rostropoviç iştirak ediblər.

Mayın 17-dən 24-dək keçirilən festivalın iştirakçıları arasında dünyanın müxtəlif ölkələrindən tanınmış musiqiçilər, o cümlədən Rikkardo Mutinin idarəçiliyi ilə Luici Kerubini Gənclər Simfonik Orkestri, Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzinin solistləri, İqor Butman kvarteti, violonçelist Arseni Çubaçin, habelə Rauf Abdullayevin dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası olub.

Festival çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının və Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzinin solistlərinin ifasında italyan bəstəkarı R.Leonkavallonun "Payatsı" operası oynanılıb.

Festivalın sonunda Luici Kerubini Orkestrinin iştirakı ilə bədii rəhbəri və baş dirijoru Rikkardo Mutinin olduğu konsert keçirilib. Birinci bölmədə Frans Şubertin 4 nömrəli c-mollu, D417 simfoniyası, ikinci bölmədə Pyotr Çaykovskinin əsərləri səslənib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.