Mədəniyyət

Avropanın qalibindən maraqlı açıqlama

24 May 2015 13:52
0 Şərh     Baxış: 4 495
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Eurovision-2015"in qalibi, İsveç təmsilçisi Mons Selmerlev yarış başa çatdıqdan sonra mətbuat konfransında onu qalib edən "Heroes" (Qəhrəmanlar) mahnısı haqqında maraqlı açıqlama verib.

Anspress-in məlumatına görə, Mons mahnının orta məktəblərdə yeniyetmələrə qarşı olan zorakılıq mövzusundan qaynaqlandığını bildirib: "Mən bu mahnı ilə dələduzlar tərəfindən izlənən uşaqlara diqqət çəkmək istədim. Kim olmağımızdan və kimi sevməyimizdən asılı olmayaraq, biz hamımız qəhrəmanıq! Düşürürəm ki, cəmiyyətdə zəifləri müdafiə edərək, onlara dəstək olmalıyıq".

Müğənni yeniyetmələrin zorakılığa məruz qalmasından bəhs edən mahnının şəxsi həyatında baş verən hadisələr əsasında yarandığını etiraf edib.

Mons Selmerlev 365 balla qalib olub, bununla da "Eurovision"da ölkəsinə 6-cı dəfə birincilik gətirib.

Azərbaycanı təmsil edən Elnur Hüseynov sözügedən müsabiqədə 12-ci yeri tutub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.