Mədəniyyət

Ebru Elnuru yerə-göyə sığdırmadı - FOTO

22 May 2015 09:19
6 Şərh     Baxış: 8 308
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli məşhur müğənni "Eurovision 2015" təmsilçimizə dəstək verdi.

Anspress-in məlumatına görə, ötən gecə Avstriyanın paytaxtı Vyanada keçirilən "Eurovision 2015"in ikinci yarımfinal mərhələsində finala vəsiqə qazanan adlar arasında həmyerlimiz Elnur Hüseynov da olub. Onun bu uğuruna sevinənlər arasında "O səs Türkiyə"də jüri olmuş Ebru Gündeş də yer alıb. Məşhur ifaçı bu barədə hisslərini sosial şəbəkədə ifadə edib.

"Alqışlar Elnur Hüseynova. Böyük səsdir. İnşallah, davamı da gözəl olacaq. Mikrofonun haqqını verən bir səsdir", - deyə sənətçi paylaşdığı postda yazıb.

"O səs Türkiyə"dəki möhtəşəm qalibiyyətindən sonra qardaş ölkədə də sevilən Elnur Hüseynov müsabiqədə "Hour of the Wolf" mahnısı ilə finala çıxanlar arasında olub.

Qeyd edək ki, Türkiyəni heyran edən E.Hüseynov Ebru Gündəşin komandasında mübarizə apararaq finala qədər gəlmiş və ən nəhayət, mövsümün birincisi seçilmişdi.

Bundan başqa o, "Eurovision 2008"də Samir Cavadzadə ilə Azərbaycanı təmsil etmiş ifaçıdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.