Mədəniyyət

Dövlət Gənc Tamaşaçılar Teatrında Şri-Lankanın mədəniyyət naziri ilə görüş keçirilib - FOTO

21 May 2015 15:27
0 Şərh     Baxış: 780
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq" mövzusunda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində görüş keçirilib.

Forum iştirakçısı olan Şri-Lankanın mədəniyyət naziri cənab Nandimithra Ekanayake ilə baş tutan görüşdən əvvəl qonaq İçərişəhər, Müasir İncəsənət Muzeyi, Dövlət Tarix Muzeyi, Bayraq Meydanı, Bakı Kristal Zalı, Bakı Olimpiya Stadionu, Bakı Su İdman Sarayı və şəhərimizin digər görməli yerləri ilə yaxından tanış olub. Qonaq Bakıdakı qədim tarixi və müasir binalar, parklar, yeni tikililərə məftunluğunu bildirib.

Daha sonra Gənc Tamaşaçılar Teatrının direktoru, Respublikanın Əməkdar Artisti Mübariz Həmidovla cənab Nandimithra Ekanayake arasında baş tutan görüşdə bir sıra yaradıcılıq məsələləri barədə fikir mübadiləsi aparılıb. Görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri, gələcəkdə gerçəkləşdirilməsi nəzərdə tutulan bir sıra məsələlər müzakirə olunmuşdur.

Məlum olduğu kimi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti 2013-cü ilin mart ayının 26-dan - 4 aprel tarixlərinədək Şri - Lankada keçirilən Kolombo Beynəlxalq Monotamaşalar Teatr Festivalında iştirak edib. ASSITEJ-in Şri-Lanka Mərkəzinin təşkilatçılığı ilə Kolombo şəhərində keçirilən festivalda teatr P.Züskindin "Kontrabas" tamaşası ilə təmsil olunub. Festival çərçivəsində Şri-Lankanın Battikaloa şəhərində yerləşən Şərq Universitetində keçirilmiş beynəlxalq konfransda Mübariz Həmidov "Azərbaycan Milli Dünyəvi Peşəkar Teatrı - 140" və "Azərbaycan Teatrının dünya teatrları ilə beynəlxalq əlaqələri və dünya teatr məkanına inteqrasiya" mövzularında çıxış edib.
Görüş zamanı nazir teatrın kollekitivini gələn il keçiriləcək Kolombo Beynəlxalq Monotamaşalar Teatr Festivalına dəvət edib.

Görüşdən sonra teatrla yaxından tanış olan qonaq dahi şairimiz Nizami Gəncəvinin eyniadlı poeması əsasında hazırlanmış "Xeyir və Şər" tamaşasını izləyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.