Mədəniyyət

Nizami Kino Mərkəzində iki yeni filmin nümayişi başlanıb - FOTO

21 May 2015 15:19
0 Şərh     Baxış: 1 050
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mayın 21-dən etibarən Nizami Kino Mərkəzində "Adalin əsri" və "Azem 2: Cin Garezi " filmlərinin nümayişi başlanıb.

Rejissor Li Toland Krigerin dram, melodram janrında çəkdiyi "Adalin əsri" filmi iyirminci əsrin əvvəlində dünyaya gələn və artıq 100 il həyat sürən, amma qocalmayan Adalindən bəhs edir. Uzun həyat yolu keçdiyinə baxmayaraq Adalin hələ də sevə biləcək insanı tapa bilməyib. Nəhayət, o, belə birisiylə qarşılaşır və ölməzlikdən vaz keçərək, onunla həyat sürmək və birgə qocalmaq istəyir.

Rollarda Bleyk Layvli, Mixil Hauşman, Keti Beyker, Harrison Ford, Ellen Berstin, Amanda Kryu, Linda Boyd, Xyu Ross, Ricard Hermon və Fulviyo Çeçere çəkiliblər.

Həmçinin, həmin gündən etibarən Türkiyə istehsalı olan "Azem 2: Cin Garezi" filminin nümayişi başlanıb.

İlin qorxu filmini ekranlaşdıran rejissor Erdinç Kazımoğludur. Ekran əsəri, ata və qızın tük ürpədən hekayəsindən bəhs edir. Azem bu dəfə Sakaryadakı bir qəsəbədə baş verən hadisələrin içindədir...

Rollara Murat Bülent Atacan, Ceren Gündoğdu, İzzet Lüleci, Seracettin Gözüküçük, Eda Göksun, Şefik Öncü Yılmaz və başqaları çəkiliblər.

Filmlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin Facebook səhifəsindən öyrənə bilərsiniz (https://www.facebook.com/NizamiCinema?rf=hl).

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.