Mədəniyyət

"Evlənmə" - FOTO

20 May 2015 20:38
0 Şərh     Baxış: 1 168
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Səda" Tədris Teatrında "Evlənmə" tamaşası nümayiş olunub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Səda" Tədris Teatrında "Evlənmə" tamaşası nümayiş olunub. N.Qoqolun eyniadlı pyesi əsasında hazırlanmış "Evlənmə" tamaşası ADMİU-nun IV kurs "Dram teatrı və kino aktyorluğu" ixtisası üzrə təhsil alan tələbələrin diplom işidir. Kursun rəhbəri ADMİU-nun professoru, Azərbaycanın əməkdar artisti Gülşad Baxşıyevadır.  Tamaşanın quruluşçu rejissoru da odur.

 Tamaşada ADMİU-nun "Aktyor sənəti" fakültəsinin 4-cü kurs tələbələri Şəbnəm Əliyeva (Aqafya Tixonovna), Ayşən Mirzəyeva (Fyokla İvanovna), Könül Əbilova, (Arina Panteleymonovna), Əbdül Məcidli (İvan Kuzmiç Podkolyosin), Ayaz Məmmədov (İlya Fomiç Koçkaryov), Elməddin Məmmədov (İvan Pavloviç Yaiçnitsa), Məhəmməd Abdullazadə (Nikanor İvanoviç Anuçkin), Elmir Yusifli (Baltazar Baltazaroviç Jevakin), Dunyaşa (Nərgiz Cəbiyeva) və Seymur İkramlı (Stepan) çıxış ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.