Mədəniyyət

Azərbaycan “Eurovision”da neçənci olacaq?

18 May 2015 22:11
Baxış: 2 427
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyanın aparıcı bukmeker kontoru hesab olunan "Coral" şirkətinin verdiyi məlumata görə, 2015-ci ilin "Eurovision" mahnı müsabiqəsi ərəfəsində milyonlarla funt sterlinq məbləğində mərclər qoşulub. 

"Qafqazinfo" BBC-yə istinadən xəbər verir ki, "Coral" nümayəndələri bu müsabiqəsi ilin ən böyük qeyri-idman mərc hadisəsi adlandırıb.

Şirkətin ilkin göstəricilərinə görə İsveç nümayəndəsi 7/4 nisbətində yarışın qalibi olmalıdır. Bu, İsveçin Avropa mahnı müsabiqəsində altıncı qələbəsi ola bilər.

İtaliya (5-2) və Avstraliyadan olan debütant (5-1) sonrakı iki yeri bölüşdürməlidirlər.

Britaniyanın nümayəndəsi Electro Velvet üçün mərc göstəriciləri 40-1 nisbətindədir.

İrlandiyaya isə daha az mərc pulu qoyulub, 150-1 nisbətində.

Rusiya 7-4 nisbəti ilə çərşənbə axşamı keçiriləcək yarlımfinalın qalibi kimi görünür. İsveç isə 4-11 nisbəti ilə ikinci finalı qazanmalıdır.

Britaniya 60 ildir ki, Eurovision yarışlarını diqqətlə izləyir, üstəlik son illərdə bu müsabiqə mərc obyekti kimi çox məşhurlaşıb.

"Coral" bildirib ki, Britaniya parlament seçkiləri və kral ailəsində yeni körpənin doğulması ilə yanaşı Eurovision ən populyar qeyri-idman mərc hadisəsi olub.

Azərbaycan nümayəndəsi üçün proqnoz göstərici 33-1 nisbətilə 9-cu yerdir. Bu proqnozlara görə Rusiya, Finlandiya, Norveç və Sloveniya da Azərbaycanı qabaqlayacaq. Lakin Ermənistan və Gürcüstan üçün proqnozlar 19-20-ci yerləri göstərir.

İlk yarımfınalda Azərbaycan İsveç, Norveç, Sloveniyadan sonra dördüncü olmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.