Mədəniyyət

Elnur Hüseynov: "Çalışırıq ki, ölkəmizi ləyaqətlə təmsil edək"

18 May 2015 19:52
0 Şərh     Baxış: 1 221
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanı Vyanada keçirilən "Avroviziya-2015" mahnı müsabiqəsində təmsil edən Elnur Hüseynov bu mötəbər yarışmaya hazırlıq prosesi ilə bağlı fikirlərini bölüşüb

"Hazırlığımız yaxşı keçir. Sözsüz ki, yoruluruq, gərgin hazırlıq prosesi gedir. Hər yerdə, hər işdə çalışırıq ki, ölkəmizi ləyaqətlə təmsil edək".

Milli.Az axşam.az-a istinadən bildirir ki, ikinci yarımfinalda səhnəyə çıxacağını bildirən Elnur Hüseynov pərəstişkarlarından dəstək gözlədiyini söyləyib. Mahnı müsabiqəsində rəqabətin güclü olduğunu, lakin bu rəqabətin insanlar, iştirakçı və müğənnilər arasında deyil, mahnılar və səhnə performansı arasında yaşandığını qeyd edən E.Hüseynov mahnı müsabiqəsi iştirakçıları arasında yüksək əhval-ruhiyyənin hökm sürdüyünü diqqətə çatdırıb.

Qeyd edək ki, Azərbaycan təmsilçisi mayın 21-də keçiriləcək ikinci yarımfinal mərhələsində səhnəyə "Hour of the Wolf" mahnısı ilə çıxacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.