Mədəniyyət

YARAT-dan unikal imkan: muzeydə qeyri-adi gecə

18 May 2015 11:20
Baxış: 693
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mayın 23-də YARAT Müasir İncəsənət Mərkəzi "Muzeydə gecə" adlı tədbir təşkil etməklə Bakının bütün qonaqlarının və sakinlərinin diqqətini cəlb edəcək.

"Muzeydə gecə" - hər il keçirilən qeyri-adi bir aksiyadır və 40 ilə yaxındır ki, intellektual istirahətin populyarlaşması məqsədilə dünyanın 143-dən çox ölkəsində baş tutur.

Azərbaycanda bu aksiya artıq ikinci dəfədir ki, keçiriləcək. Muzeylər üçün ənənəvi olan kolleksiya və ekspozisiyalarla tanışlıqla yanaşı, qonaqlar həm də müasir muzeyin təhsil və fəal istirahət üçün hüdudsuz imkanları ilə tanış olacaqlar. 
"Muzeydə gecə" səhər saat 11-də başlayıb gecəyədək davam edəcək. Hər ziyarətçi özü üçün ürəyinə yatan məşğuliyyət tapacaq!
Həmin gün Mərkəz sizin üçün ayrı aləmə çevriləcək!

"Muzeydə gecə" proqramında:

Açıq səma altında yoqa dərsləri - peşəkar təlimatçı Həmid Elsevər Həmidzadə tərəfindən keçiriləcək.

Kulinariya ustad dərsləri - baş aşpaz, "Qurmaniya" mətbəx layihəsinin həmtəsisçisi Fərhad Aşurbəylidən.

Rəqs şousunu respublika çempionatının mükafatçıları - xoreoqraf Leyli Mişinanın rəhbərliyi altında gənc hip-hop kollektivi "AlarmDanceCrew" təqdim edəcək. 

Tarix və doğma şəhəri sevənlər üçün isə tanınmış tədqiqatçı, Bakının sirləri haqqında ən maraqlı nəql edən Fuad Axundov ilə görüş olacaq.

Müasir incəsənətin gənc peşəkarları və sadəcə həvəskarları rəssam Çingiz Babayev, art-menecer Fərid Abdullayevdən və musiqişünas Cahangir Səlimxanovdan ekspert məsləhətləri ala biləcəklər.

Hələ bu da hamısı deyil! Bütün gecəni tanınmış DJ qaynar musiqilərlə Mərkəzi həyəcana gətirəcək, film nümayişi, art-terapiya seansı və "VeloBaku" idman assosiasiyasından gəlmiş velosipedçilərin şousu olacaq. 
"Muzeydə gecə"nin partnyorları: energetik içkilərin istehsalı üzrə dünya liderlərdən biri olan "Red Bull" şirkəti və Azərbaycanda təbii şirələrin iri istehsalçısı olan şirkətdir.

23 mayda keçiriləcək bütün tədbirlərə giriş tamamilə sərbəstdir, amma ustad dərslərində iştirak etmək üçün gərək qabaqcadan müraciət edib yazılasınız. Bunun üçün +99412 505 14 14 nömrəyə zəng vurmaq, yaxud Facebook-un https://www.facebook.com/Yarat.Art səhifəsinə və ya [email protected] ünvanına bildiriş göndərmək olar.
Qaçırmayın! Muzey həyatına qatılın və onun sirlərini öyrənin!

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.