Mədəniyyət

Elnur Hüseynov: "Birinci olacam"

18 May 2015 09:01
1 Şərh     Baxış: 3 103
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Avstriyanın paytaxtı Vyanada "Eurovision-2015" mahnı müsabiqəsinin açılış mərasimi keçirilib.

Tarixi Rathaus meydanında təşkil olunan mərasim "Eurovision-2014"-ün qalibi Avstriya nümayəndəsi Konçita Vurst tərəfindən açılıb. Sonra müsabiqəyə qatılacaq ölkələrin nümayəndələri qırmızı xalça üzərinə çıxıb.

Azərbaycan nümayəndəsi Elnur Hüseynov "Anadolu" Agentliyinin müxbirinə Vyanada çox gözəl bir mühit olduğunu ifadə edərək, birinci olacağına inandığını söyləyib.

Avstriya "Eurovision" mahnı müsabiqəsinə 1967-ci ildən sonra ikinci dəfə ev sahibliyi edir.

Danimarkanın paytaxtı Kopenhagendə mayın 16-da keçirilən "Eurovision-2014" mahnı müsabiqəsini Avstriyadan Konçita Vurst "Rise Like a Phoenix" mahnısı ilə qazanmışdı.

"Eurovision-2015" mahnı müsabiqəsinin ilk yarımfinalı mayın 19-da, ikinci yarımfinal mayın 21-də, final isə mayın 23-də olacaq.

Müsabiqədə 40 ölkə iştirak edir: Azərbaycan, Danimarka, Hollandiya, Litva, İrlandiya, İsrail, Gürcüstan, Ermənistan, Estoniya, İtaliya, Polşa, İngiltərə, Almaniya, Finlandiya, Avstraliya, İsveçrə, Avstriya, Sloveniya, İspaniya, İsveç, Çex Respublikası, Fransa, Macarıstan, Belarus, Malta, Makedoniya, Rusiya, İslandiya, Yunanıstan, Belçika, Albaniya, Portuqaliya, Çernoqoriya, Norveç, Serbiya, Kipr, San-Marino, Latviya, Moldova və Rumıniya.

Avstriyanın ilk dəfə qatıldığı müsabiqədə Çex Respublikası 5 il, Kipr və Serbiya isə 1 il aradan sonra yenidən iştirak edir.

Ukrayna isə maliyyə və siyasi səbəblərdən müsabiqəyə qatılmayacağını açıqlamışdı.

Budəfəki müsabiqədə yer almayan Türkiyə 2013-cü və 2014-cü illərdəki yarışlarda da iştirak etməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.