Mədəniyyət

Venesiya Biennalesində YARAT Müasir İncəsənət Mərkəzinin sərgisinin açılışından videoçarx

16 May 2015 19:34
Baxış: 864
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

56-cı Venesiya Biennalesi çərçivəsində YARAT Müasir İncəsənət Mərkəzinin təqdim etdiyi "Odla suyun birliyi" sərgisinin açılışından videoçarx yayımlanıb. Sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Trend bildirir ki, "Odla suyun birliyi" layihəsinin ideyasını iki rəssamın - Almagül Menlibayeva və Rəşad Ələkbərovun nəzər-nöqtəsindəki Bakı ilə Venesiyanın tarixi və mədəni cəhətdən əlaqələndirilməsi təşkil edir.

Sərgi YARAT qeyri-kommersiya təşkilatı tərəfindən təşkil olunub. Qeyd edək ki, 2011-ci ildə rəssam Aida Mahmudova tərəfindən təsis olunan "YARAT" təşkilatı Azərbaycanda müasir incəsənət anlayışının aşılanması və inkişaf etdirilməsi, habelə milli və beynəlxalq səviyyədə müasir Azərbaycan incəsənətinin tanınması ilə məşğuldur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.