Mədəniyyət

Aktyorlarımız Bollivud filminə çəkilirlər

16 May 2015 17:36
0 Şərh     Baxış: 1 040
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bollivudun tanınmış rejissoru Priyadarşan Bakıda film çəkəcək.

Axsam.az xəbər verir ki, triller janrında olacaq tammetrajlı bədii filmdə baş rolu Hindistanın tanınmış kino aktyoru Mohonlal oynayacaq.

Ekran işində, həmçinin, Aparna Nair Sabu Siril də çəkiləcəklər. Hindistandan 20-yə yaxın kino işçisinin cəlb olunduğu ekran işində həm də azərbaycanlı aktyorlar - xalq artistləri Amaliya Pənahova, Həmidə Ömərova, Rasim Balayev və əməkdar artist Füzuli Hüseynov rol alacaqlar.

Çəkilişlər Bakıda, həmçinin, Azərbaycanın müxtəlif regionlarında aparılacaq. Sözügedən ekran işinin çəkilməsində məqsəd Azərbaycanı dünyaya tanıtmaq, tarixi və mədəniyyəti ilə bağlı geniş informasiya ötürməkdir. Sözügedən filmin ərsəyə gəlməsi üçün Hindistanın "Ful House" kino şirkəti Azərbaycanın "MR - Pictures Pro" və "Amal Film Production"la müqavilə imzalayıb.

Qeyd edək ki, rejissor Priyadarşanın filmoqrafiyası olduqca zəngindir. O, Bollivud tarixində 2-ci ən çox film çəkən rejissordur. "Kanchivaram" ekran işinə görə Hindistanın prezidenti tərəfindən iki dəfə ölkənin milli mükafatına layiq görülüb. Film sahəsindəki xidmətlərinə görə ölkəsinin müxtəlif ali mükafatlarını alan rejissor, həm də dövlət tərəfindən təsis edilən mülki "PADMASHRI" mükafatı ilə təltif olunub. Priyadarşan bununla yanaşı, müxtəlif ölkələrdə 168-dən çox reklam çarxı çəkib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.