Mədəniyyət

Azərbaycan filminə Kannda mükafat təqdim edildi

15 May 2015 22:50
Baxış: 1 338
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tripoli Beynəlxalq Film Festivalında Elçin Musaoğlunun "Nabat" filmi "Ən yaxşı tammetrajlı bədii film" mükafatına layiq görülüb. 

"Qafqazinfo"nun Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumatına görə, mükafatı təqdim etmək məqsədilə festivalın direktoru Elias Xlat filmin beynəlxalq distribütoru Nasrine Médard de Chardon ilə birgə Kann Beynəlxalq Film Festivalında təşkil olunan Azərbaycan pavilyonuna gəlib.

Mükafatı qəbul edərkən Azərbaycanfilm kinostudiyasının direktoru, Azərbaycan Prodüserlər Gildiyasının sədri Müşfiq Hətəmov qonaqlara təşəkkür edib və festivalla əməkdaşlığı davam etdirəcəyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.