Mədəniyyət

Bakıda VIII Beynəlxalq Rostropoviç Festivalı keçiriləcək

15 May 2015 16:11
Baxış: 613
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Mstislav Rostropoviç Fondunun təşkilatçılığı ilə mayın 17-dən 24-dək Bakıda VIII Beynəlxalq Rostropoviç Festivalı keçiriləcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, festivalda xarici ölkələrdən dünya şöhrətli musiqiçilər və kollektivlər - Luici Kerubini Gənclər Simfonik Orkestri, Qalina Vişnevskayanın Opera İfaçılığı Mərkəzi, Rikkardo Muti, İqor Butman, Aleksandr Solovyov, Arseni Çubaçin, habelə Azərbaycanın tanınmış musiqiçiləri Rauf Abdullayev, Ü.Hacıbəyli Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası və solistlər Azərbaycan Dövlət Filarmoniyası, Heydər Əliyev Sarayı, Kamera və Orqan Musiqisi Zalı, Milli İncəsənət Muzeyinin səhnəsində çıxış edəcəklər.

Festival çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qalina Vişnevskayanın Opera İfaçılığı Mərkəzinin truppası tərəfindən məşhur İtaliya bəstəkarı R.Leonkavallonun "Payatsı" operası nümayiş olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.