Mədəniyyət

Elnur "Eurovision 2015"ə belə çıxacaq - VİDEO

14 May 2015 19:51
0 Şərh     Baxış: 1 859
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanı "Eurovision 2015"də təmsil edən müğənni Elnur Hüseynov Vyana səhnəsində ilk rəsmi məşqinə çıxıb.

Milli.Az-ın axşam.az-a istinadən məlumatına görə, onunla birgə səhnədə tanınmış rəqqaslar və vokalçılar çıxış edəcəklər. Onlar müğənniyə səhnədə mükəmməl şou yaratmasına kömək edəcəklər.

Elnur üçün hazırlanan performansın xüsusi mənası var.
 
Belə ki, "Hour of the wolf" mahnısının "qəhrəmanı" vəhşi və yalnız qurddur. O, öz səsiylə gücünü göstərmək istəyir. İfaçının yanında rəqs edən qadın və kişi qurdun hərəkətlərini yamsılayacaqlar. Qurd kimi boz rəngdə geyinən rəqqaslar dalaşmaq istəyərkən Elnur onlar arasında barışdırıcı mövqedə duracaq. Səhnədə bədirlənmiş ayın təsviri də qurdun zamanının gəldiyinə işarədir. E.Hüseynovun çıxışının sonunda isə səhnədə ağ göyərçin görünəcək.

Həmyerlimizin ifası zamanı arxasında üç vokalçı olacaq. Onlardan biri mahnının müəllifi Niklas Lifdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.