Mədəniyyət

Nizami Kino Mərkəzində "Dəlisov Maks" başlanıb - FOTO

14 May 2015 14:43
Baxış: 938
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nizami Kino Mərkəzində mayın 14-dən etibarən "Dəlisov Maks: Qəzəb yolu" və "İdeal səs-2" filmlərinin nümayişinə başlanıb.

"Dəlisov Maks: Qəzəb Yolu" filmi Avstraliya və ABŞ kinematoqrafçılarının istehsalıdır. Triller, döyüş və macəra janrında olan filmin rejissoru və ssenari müəllifi Corc Millerdir. Filmin sloqanı: "Gələcək ağılsızlara məxsusdur". Yaş məhdudiyyəti: 18+

"Dəlisov Maks: Qəzəb Yolu" filmi həyat yoldaşının və oğlunun qisasını alandan sonra "Əsas güc patrulu" sıralarını tərk edib ucqar bir məkanda həyat sürən Maks Rokotanskidən bəhs edir. Dünya dərin neft krizisi və qlobal müharibə şəraitinə daxil olduğu bir zamanda Maks bu post-apokaliptik boşluqda həyatda qalmaq üçün orada məskən salmış amansız döyüşçülərlə mübarizə aparmağı öyrənmək məcburiyyətindədir...

Filmdə baş rollara Tom Hardi, Şarliz Teron, Nikolas Holt, Rouzi Hantinqton-Uaytli, Zoi Kravits, Rayli Kio, Neytan Cons, Hyu Kiyas-Bern, Meqan Qeyl, Ebbi Li və başqaları çəkiliblər.

Rejissurası Elizabet Benksin, ssenari müəllifliyi Key Kennon və Mikki Repkinin olan "İdeal səs-2" filmi musiqili komediya janrında çəkilib. Sloqanı: "Biz meydanlara geri qayıtdıq". Filmin yaş məhdudiyyəti yoxdur.

Ən hərarətli qızlar geri qayıdırlar! İndi onlar tam fərqlidirlər: remiksləri daha dəbli, topuqları daha hündür, ətəkləri daha qısadır. Amma ideal səsləri həmişəki kimi yerindədir.

Filmdə rollara Anna Kendrik, Rebel Uilson, Heyli Staynfeld, Brittani Snou, Skaylar Estin, Adam Divayn, Keti Saqal, Anna Kemp, Ben Platt, Aleksis Nep və başqaları çəkiliblər.

Əziz kinosevərlər, filmlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən də öyrənmək mümkündür. (https://www.facebook.com/NizamiCinema?rf=hl)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.