Mədəniyyət

Misirdə Nizami Gəncəvinin əlyazmaları tapıldı

5 May 2015 15:25
1 Şərh     Baxış: 1 196
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Misirin paytaxtı Qahirədə yerləşən "Misir Kitablar Evi"ndə (Dəru əl-Kutub əl- Misriyyə) Nizami Gəncəvinin əlyazmaları tapılıb.

Bu barədə APA-ya Qahirə Açıq Amerika Universitetinin Ərəb dili və Ədəbiyyatı fakültəsinin doktorantı Seymur Nəsirov məlumat verib.

S. Nəsirov deyib ki, həmin kitabxanada Nizami Gəncəvinin "Xəmsə"si tapılıb. Burada "Xəmsə"nin altı əlyazma nüsxəsi var.

S. Nəsirov bildirib ki, bu istiqamətdə tədqiqatlar davam edir və yaxın gələcəkdə ölkəmizlə bağlı yeni əlyazmalar haqqında məlumatlar veriləcək.

Qeyd edək ki, "Misir Kitablar Evi" (Dəru əl-Kutub əl- Misriyyə) dünyanın ən məşhur kitabxanalarından biridir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.