Mədəniyyət

Əməkdar artist: "Küçədə dalımca qaçıb mənə söz atırdılar"

26 Aprel 2015 12:45
0 Şərh     Baxış: 1 401
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Əməkdar artist, Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Almaz Mustafayeva vaxtilə səhnədə oğlan rolları oynamasından danışıb.

Aktrisa publika.az-a açıqlamasında məhz həmin rollarla məşhurlaşdığını deyib: "Boyum balaca idi, səsim də uşaq səsinə bənzəyirdi. Bundan istifadə edən rejissorlar mənə oğlan rolu verirdilər. Başıma papaq qoyurdum, oğlan kimi qrimlənirdim. O vaxtlar bu rollar çox məşhur idi, şəhərdə gəzə bilmirdim. Bütün uşaqlar küçədə dalımca qaçıb mənə söz atırdılar".

Həmin günlərin həsrəti ilə yaşadığını deyən aktrisa indiki tamaşaçılarından da narazı deyil: "Sağ olsun, tamaşaçılarım, məni küçədə görən kimi yaxınlaşır, xoş sözlər söyləyirlər. Amma o dövr tam başqa idi, aktrisaya, aktyora qeyri-adi insan kimi baxırdılar".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.