Mədəniyyət

YAY Gallery yeni sərgi hazırlayıb - FOTO

16 Aprel 2015 13:00
Baxış: 1 027
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
YAY Gallery 21 aprel-5 iyun tarixində fotoqraf-rəssam Fəxriyyə Məmmədovanın fərdi sərgisini təqdim edəcək.

Təhsili üzrə keramikaçı və dizayner olan Fəxriyyə Məmmədova - Rəssamlar İttifaqının və Azərbaycan Fotoqraflar Birliyinin, həmçinin Azərbaycanın müasir incəsənət xadimlərini birləşdirən "Zamanın Qanadları" assosiasiyasının üzvüdür, 2012-ci ildən YARAT Müasir İncəsənət Məkanının keçirdiyi layihələrin iştirakçısıdır. Fotokameranın hüdudsuz imkanları kreativ dizaynerin əlində, həmçinin xırdalıqlardakı gözəlliyi və əhəmiyyəti ortaya çıxara bilmək bacarığı ilə bərpaçıya xas diqqətcilliyə malik xüsusiyyəti onun yaradıcılıqdakı inkişafı üçün qeyri-məhdud perspektivlər yaratmışdır.

"Dua*s" sərgisi yalnız hərgünkü həyatın rakursları, detalları ilə deyil, həm də maraqlı işləmə texnikası ilə cəlbedicidir. Fəxriyyə fotoslaydları şəffaf kuba əridib qatır və onlar bir-birilərilə kəsişdikdə başqa ölçülü məkandan baxış təəssüratı yaradır.

Bizi əhatə edən dünyada hər bir element, hər bir cizgi əhəmiyyətli ola bilər, bunun üçün gərək ona başqa bucaqdan baxasan. Getdikcə tezləşən zaman daxilində baş verən nəhəng informasiya axınında gözəl anı tutmaq hərdən olduqca çətin olur. Əslində isə hər şey sadədir! "Dua*s" layihəsində Fəxriyyə Məmmədova öz modelini təqdim edir. Onun işlərində zaman sanki "sehrli mücrülər"də qorunur - o, çoxahənglidir, çoxtəbəqəlidir, o, baxış bucağından asılı olaraq, işıq və çalarlarla bərq vurur. İşlər məcbur edir ki, "fon" və "fiqurun" yalnız bizim idrakımızın seçimi olduğu haqda fikirləşəsən. Əks tərəfdən daxil olmaq kifayətdir - və an yeni çalarlarla parıltı saçmağa başlayacaq.

2000-ci ilin əvvəllərindən Fəxriyyə Məmmədovanın işləri, Azərbaycanın müasir incəsənətinə dair bütün vernisajlarda öz yerini inamla tutmuşdur. 2011-ci ildən Fəxriyyə YARAT Müasir İncəsənət Məkanının layihələrində iştirak edir. "Fly to Baku" sərgiləri arasında, 2013-cü ildə o, 55-ci Venesiya İncəsənət Biennalesində Azərbaycanı təmsil etmişdir.

Fəxriyyə Məmmədovanın işləri müxtəlif vaxtlarda Türkiyə, Gürcüstan, Böyük Britaniya, İtaliya, Fransa, Almaniya, ABŞ, Yunanıstan, Rusiya, Özbəkistan, Ukrayna kimi ölkələrdə sərgilənmişdir.

Qalereyanın işləmə müddəti: çərşənbə axşamından bazar gününə qədər, saat 12:00 - 20.00

Ünvan: Bakı, İçəri şəhər, Kiçik Qala küçəsi, 5

www.yaygallery.com

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.