Mədəniyyət

Musiqili Teatrda yeni uşaq tamaşası hazırlanır

1 Aprel 2015 13:32
Baxış: 936
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycan Dövlət Musiqili Teatrının mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, teatrda yeni uşaq tamaşasının məşqlərinə start verilib.

Azərbaycanın əbədiyaşar sənətkarlarından biri olan Mikayıl Müşviqin məşhur "Şəngülüm, Şüngülüm, Məngülüm" əsərinin motivləri əsasında hazırlanan tamaşa "Dəcəl çəpişlər" adlanır.

Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, tamaşanın müəllifləri O. Zülfüqarov və R. Heydər, quruluşçu-rejissoru Əhəd Hacıyevdir. "Bir sıra yeni obrazların əlavə olunduğu tamaşamızın yaradıcı heyəti əsasən gənclərdən ibarətdir. Bizlərə göstərilən bu etimad teatrımızda gənclər üçün yaradılan yüksək yaradıcı şəraitin, gənclərə göstərilən böyük diqqət və qayğının bariz nümunəsidir" deyə Əhəd Hacıyev tamaşayla bağlı danışarkən bildirib.

Qeyd edək ki, tamaşanın quruluşçu-baletmeystləri Leyla və Zakir Ağayevlər, geyim üzrə rəssamı Yelena Almazova, rejissor-assisenti Elməddin Dadaşovdur. Tamaşada əsas obrazları Güldanə Əzimova, Gülçöhrə və Gülnarə Abdullayevalar, Mehriban Zalıyeva, Əlif Cahangirov, Zinyət Qurbanova, Şaban Cəvərov, Fərid Rzayev və başqaları ifa edirlər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.