Mədəniyyət

Və o gün gəldi! 1 milyon yaşı olan "Yumurta" Bakıda! - FOTO

1 Aprel 2015 12:03
0 Şərh     Baxış: 1 616
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu gün 19:00-da, Nizami Kino Mərkəzində "Yumurta" kinokomediyasının qala-gecəsi keçiriləcək. 20 komediya ulduzunun iştirak etdiyi, fərqli hekayəsi, fərqli qəhrəmanları ilə bu film sizə bolluca gülüş vəd edir.

Rejissor Ramil Adiloğlunun fantastik-absurd komediya, macəra və utopiya janrında çəkdiyi bu filmdə baş rolları aktyorlar Nicat Rəhimov, Məcid Hüseynov, Fərda Xudaverdiyev, İlham Binəli, Elnur Hüseynov, Faiq Mirzə, Arif Quliyev, Bəhram Bağırzadə, Ramin Hacıyev, Ələsgər Məmmədoğlu, Teymur Məmmədov və başqaları canlandırıblar.

"Yumurta" filmi arxeoloq Tapdığın qazıntılar zamanı tapdığı, milyon yaşı olduğu iddia edilən yumurtadan bəhs edir. Tapdığın mülahizəsinə əsasən, qədim tayfa başçısı ona babalarından miras qalmış müqəddəs yumurtaları oğlu Duduya təqdim edir və onların ciddi qorunmasını tapşırır. Əks halda, yumurtalar sınarsa, böyük fəlakətin baş verəcəyini söyləyir. Təsadüfən Dudunun əlindən düşüb sınan yumurta onu indiki dövrə gətirir...

Qala-gecəsində filmin rejissoru Ramil Adiloğlu, baş rolları ifa edən aktyorlar və yaradıcı qrupun digər üzvləri iştirak edəcəklər.

Filmdən əvvəl yaradıcı qrup media nümayəndələri və tamaşaçılarla görüşmək üçün səhnəyə çıxacaq.

Filmi bu gündən etibarən bütün kinoteatrlarda da izləyə bilərsiniz.

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.