Mədəniyyət

Gənclərin III Ümumrespublika Teatr Festivalının açılışı oldu - FOTO

31 Mart 2015 17:05
Baxış: 957
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Gənclərin III Ümumrespublika Teatr Festivalının sonuncu mərhələsinin açılış mərasimi keçirilib

Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, açılışda çıxış edən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Beynəlxalq ASSİTEJ - Azərbaycan Milli Mərkəzinin prezidenti, respublikanın əməkdar artisti Mübariz Həmidov qonaqları və festival iştirakçılarını salamlayaraq, üçüncü dəfə keçirilən festivalın məqsəd və mərami haqqında məlumat verib, belə festivalların gənclərdə teatra olan marağı artırmaq, istedadlı gəncləri teatra cəlb etmək əsas məqsədi daşıdığını qeyd edib. Daha sonra M.Həmidov festivalın ideya müəllifi, millət vəkili Jalə Əliyevanın təbrikini festival iştirakçılarına çatdırıb.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Beynəlxalq ASSİTEJ - Azərbaycan Milli Mərkəzinin yaxından dəstəyi ilə keçirilən festivala 2 il ərzində 250-ə yaxın istedadlı gənc qoşulub.

2014-cü ilin oktyabr ayının 1-dən start götürən festival çərçivəsində iştirakçılar möhtəşəm ART - kampında iştirak edərək, ölkənin ən tanınmış incəsənət və mədəniyyət xadimlərindən ustad dərsləri almaq imkanı əldə ediblər.

Ümumilikdə 12 yaradıcı komandanın iştirak edəcəyi festivalda 8 peşəkar və həvəskar teatr kollektivi, eləcə də Şamaxı, Ucar, İmişli, Naxçıvanı təmsil edən 4 truppa 3 gün ərzində 12 tamaşa ilə Dövlət Gənc Tamaşaçılar Teatrında çıxış edəcəklər.

Hazırlanan tamaşaların mövzusu sırf narkomaniya düşkünlüyünə, narkotikin qanunsuz satışına etiraz ruhuna köklənib. Elə buna görə də festivalın devizi məhz "NARKOSTOP" seçilib.

Festivalın münsiflər heyətinə xalq artisti Ramiz Novruzov, əməkdar artistlər Sənubər İsgəndərli, Hüsniyyə Mürvətova, Nicat Kazımov, əməkdar incəsənət xadimi Əbdül Mahmudov rəhbərlik edirlər.

Məlumat üçün bildirək ki, qaliblər festivalın son günü - aprel ayının 2-də müəyyənləşəcəklər.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.