Mədəniyyət

Nizami Kino Mərkəzində milli komediya filminin qala gecəsi keçiriləcək

30 Mart 2015 15:15
Baxış: 1 466
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Aprelin 1-də Azərbaycanın ən böyük kinoteatrı - Nizami Kino Mərkəzində növbəti milli komediya filmi "Yumurta"nın qala gecəsi keçiriləcək.

Rejissor Ramil Adiloğlu fantastik- absurd komediya, macəra və utopiya janrında çəkdiyi bu filmdə baş rolları aktyorlar Nicat Rəhimov, Məcid Hüseynov, Fərda Xudaverdiyev, İlham Binəli, Elnur Hüseynov, Faiq Mirzə, Arif Quliyev, Bəhram Bağırzadə, Ramin Hacıyev, Ələsgər Məmmədoğlu, Teymur Məmmədov və başqaları canlandırıblar.

"Yumurta" filmi arxeoloq Tapdığın qazıntılar zamanı tapdığı, milyon yaşı olduğu iddia edilən, yumurtadan bəhs edir. Tapdığın mülahizəsinə əsasən, qədim tayfa başçısı, ona babalarından miras qalmış müqəddəs yumurtaları oğlu Duduya təqdim edir və onların ciddi qorunmasını tapşırır. Əks halda, yumurtalar sınarsa, böyük fəlakətin baş verəcəyini söyləyir. Təsadüfən Dudunun əlindən düşüb sınan yumurta onu indiki dövrə gətirir...

İyirmidən artıq tanınmış aktyoru özündə cəmləşdirən "Yumurta" Gülüş bayramı günü tamaşaçıya maraqlı süjet və bol gülüş vəd edir.

Qala gecəsində filmin rejissoru Ramil Adiloğlu, baş rolları ifa edən aktyorlar və yaradıcı qrupun digər üzvləri iştirak edəcəklər.

Filmdən əvvəl, yaradıcı qrup media nümayəndələri və tamaşaçılarla görüşmək üçün səhnəyə çıxacaq.

Qala gecəsi haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin Facebook səhifəsindən öyrənə bilərsiniz. (https://www.facebook.com/NizamiCinema?rf=hl)
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.