Mədəniyyət

"Tərk edilmiş" dram filminin premyerası keçiriləcək

30 Mart 2015 14:29
Baxış: 905
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Aprelin 2-də Türkiyənin "Post Production" şirkəti tərəfindən ekranlaşdırılan "Tərk edilmiş" dram filminin premyerası keçiriləcək.

"Tərk edilmiş" filminin ssenari müəllifi və rejissoru Korhan Uğur, prodüserləri Hakan Ordu, Mustafa Sayqın və Alihan Karagüldür.

Süjet xətti Suriya münaqişəsində qaçqın düşərək, Türkiyəyə sığınan və səfalətdən qurtulmaq üçün böyrəyini satan qadının həyatından bəhs edir. Filmin şüarı isə belədir: "Bəzilərinin bədbəxtliyi kimlərisə xoşbəxt edir və biz buna insanlıq deyirik".

Xatırladaq ki, azərbaycanlı aktyorlar Könül Nağıyeva və Kamran Ağabalayevin baş rolları ifa etdikləri ekran əsərində tanınmış türk aktyorları Hakan Vanlı, Levent Ülgen, Hakkı Ergök, Sema Şimşek, Mahmut Gökgöz, Neriman Uğur, Burak Sarımola da çəkiliblər.

Premyerada "Tərk edilmiş" filminin yaradıcı heyəti, Türkiyənin tanınmış kino ulduzları, eləcə də Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, şou-biznes nümayəndələri iştirak edəcəklər. Aprelin 2-dən etibarən ekran əsəri bütün kinoteatrlarda nümayiş olunacaq.

Qeyd edək ki, filmin İstanbulda premyerası martın 27-də baş tutacaq. Premyeradan sonra film Türkiyənin 174 kinoteatrında nümayiş olunacaq.

Aprelin 2-si "Terkedilmiş" filminin premyerasına 28 Cinemada baxa bilərsiniz.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.