Mədəniyyət

Xalq artisti: "Analizlərin cavabı yaxşı çıxıb"

29 Mart 2015 12:38
1 Şərh     Baxış: 2 171
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti, məşhur diktor Rafiq Hüseynov İstanbulda növbəti dəfə müayinədən keçib

R.Hüseynovun APA-ya verdiyi məlumata görə, müayinə zamanı onun səhhətində problem aşkar olunmayıb:

"Analizlərin cavabı yaxşı gəldi. Hər şey yavaş-yavaş qaydasına düşür. Amma bu xəstəlik daim nəzarət və müalicə tələb edir, ona görə ehtiyatlı olmaq lazımdır".

R.Hüseynov əlavə edib ki, həkimlərin məsləhəti ilə hər üç aydan bir müayinə üçün İstanbula getməlidir: "Gedib-gəlmək, yol adamı təngə gətirir, amma başqa yol yoxdur. Müayinələrdən vaxtı-vaxtında keçmək lazımdır ki, qəfil problemlər yaranmasın".

Qeyd edək ki, R.Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.