Mədəniyyət

007 əfsanəsi yenidən qayıtdı - VİDEO

29 Mart 2015 09:30
0 Şərh     Baxış: 1 266
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Adım Bonddur - Ceyms Bond" sözünü demək yenidən Deniel Kreyqə nəsib oldu

ABŞ və Böyük Britaniyanın kəşfiyyat əfsanəsi yenidən gündəmə gələcək.

Anspress-in məlumatına görə, hələ nümayişə başlamamış haker qalmaqalı yaşayan film bu ilin axırında tamaşaçılara ənənəvi stildən fərqli təqdim olunacaq.

"007: Spektr" filminin qəhrəmanı bu dəfə beynəlxalq təşkilat ilə mübarizə aparacaq. Naməlum mənbədən gələn şifrələnmiş mesaj Ceyms Bondu "Spektr" kod adı ilə olan qəddar, qlobal təşkilata gətirib çıxarır. İndi artıq Bond dünyanı yox, ölkənin gizli kəşfiyyat xidmətini dağılmaqdan qorumalıdır.

Döyüş, triller, macəra janrında olan filmin rejissoru Sem Mendesdir. Filmdə Monika Belluççi, Reyf Frayns, Lea Seydu, Deyv Batista, Kristof Vals, Ben Uişou, Naomi Xarris kimi oyunçular yer alıblar.

Əfsanəvi xüsusi xidmət agentini isə bu dəfə də aktyor Daniel Kreyq oynayır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.
фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.