Mədəniyyət

120-ci "Ələddinin sehrli çırağı"... - FOTO

4 Mart 2015 16:40
0 Şərh     Baxış: 1 090
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 8 mart Beynəlxalq Qadınlar günü saat 12.00-da ərəb xalq nağılı "Ələddinin sehrli çırağı" tamaşası 120-ci dəfə nümayiş etdiriləcək.

Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, quruluşçu rejissor, musiqi tərtibatı və rəqslərin quruluşu teatrın rejissoru, əməkdar artist Nicat Kazımova məxsus tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, tryukların quruluşçuru İsa Əsədov, rejissor assistenti Vüsal Mehrəliyevdir. Iki hissəli nağıl tamaşada əməkdar artistlər Atabala Səfərov, Nicat Kazımov, Elşən Rüstəmov, Almaz Mustafayeva, Nübar Novruzova, Qəmər Məmmədova, Vahid Əliyev, aktyorlar Təhminə Məmmədova, Vüsal Mehrəliyev, Eyvaz İbrahimov, Natiq Fərzəliyev, Elnur Hüseynov, Elşən Şıxəliyev, Ədalət Əbdülsəməd və başqaları iştirak edirlər.

Ərəb xalq nağıllarının motivləri əsasında hazırlanmış bu tamaşa kasıb Ələddinin başına gələn hadisələrdən bəhs edir. Əmisinin hiyləsinə uyub köməksiz anasını atıb arzularının ardınca gedən Ələddin çox çətin sınaqlardan çıxır. Qarşısına çıxan Cin onun başına gələn əhvalatlarda mühüm rol oynayır...

1999-cu ildə tamaşanın quruluşçu rejissoru Nicat Kazımov Gənclər və İdman Nazirliyi tərəfindən təsis edilən "İlin ən yaxşı rejissoru" mükafatına layiq görülüb.

Həmin gün, saat 19.00-da Hüseyn Cavidin "Şeyx Sənan" tamaşası nümayiş etdiriləcək. Quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı xalq rəssamı Tahir Tahirov olan tamaşada xalq artisti Ağaxan Salmanlı, əməkdar artistlər Şövqi Hüseynov, Gülər Nəbiyeva, Rahib Əliyev, Nofəl Vəliyev, Leyli Vəliyeva, Rafiq Hüseynov, aktyorlar Rövşən Abbasov, Simuzər Atakişiyeva, Şəbnəm Hüseynova və başqaları iştirak edəcəklər.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 8 mart Beynəlxalq qadınlar günü qeyd ediləcək...

Mart ayının 9-da saat 14.00-da teatrın aktyoru İlham Əsədov 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə bayram proqramı ilə çıxış edəcək. Teatr rəhbərliyi tərəfindən təşkil olunmuş bayram proqramında maraqlı ifalar, səhnəciklər və surprizlər teatrda çalışan xanımlara əsl bayram əhval - ruhiyyəsi yaşadacaq.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.