Xalq artisti Eldar Mansurovun 63 yaşı tamam olur.
Bəstəkar axşam.az-ın əməkdaşı ilə söhbətində bu günü ailəsi ilə qeyd edəcəyini deyib:
"Ad günümdə heç vaxt xüsusi bir şey planlaşdırmıram. Mənim üçün adi günlərdən biridir. Evdə ailəmlə birgə qeyd edəcəyəm".
Qeyd edək ki, Eldar Mansurov 1952-ci ildə Bakıda, İçərişəhərdə musiqiçi ailəsində anadan olub. 1968-1972-ci illərdə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin fortepiano sinfində, 1974-1979-cu illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində professor Cövdət Hacıyevin sinfində təhsil alıb. "Yeddi gözəl" rok-operası, "Kleopatra" və "Olimp" rok-baletləri, 5 simfoniya, "Mahur-hindi" simfonik muğamı, skripka və simfonik orkestr üçün konsert, bir çox simfonik, kamera və xor əsərin müəllifidir. Bir sıra filmlərə və tamaşalara musiqilər bəstələyib, 3000-dən artıq mahnı və instrumental musiqinin müəllifidir. 1983 və 1987-ci illərdə Səmərqənd şəhərində keçirilən Beynəlxalq simpoziumda muğamların tarixi üzrə məruzələrlə çıxış edib. 1981-ci ildən SSRİ, sonralar isə Azərbaycan Bəstəkarlar İttifaqının, 1999-cu ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2005-ci ildə "Əməkdar incəsənət xadimi", 2012-ci ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb. 2012-ci il fevral ayının 21-dən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. 2007-2012-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi vəzifəsində işləyib.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
DİGƏR XƏBƏRLƏR
- Elçin Əzizov: Mənim üçün, xüsusən də vətəndə çıxış etmək həmişə həyəcanlıdır - FOTO
- “CineMastercard” kinoteatrında “Arap Kadri” türk komediyası nümayiş etdiriləcək
- Gənc Tamaşaçılar Teatrının may repertuarı - FOTO
- Disney dünyası şam işığında. Mystery Ensemble
- Süleyman Ələsgərova həsr olunmuş "Xalqin mədəni sərvəti" layihəsi davam edir - FOTO
- Fidan Hacıyeva Beynəlxalq Opera Festivalının proqramı təqdim olunub - FOTO
XƏBƏR LENTİ
- Nəsrinin bu FOTOları gündəm oldu
- Dörd kəndin qaytarılması xəbəri Qazaxda sevinclə qarşılandı - FOTO
- Sarımsaq-limon qarışımı ilə 21 gündə xəstəliklərdən xilas olun
- Hikmət Hacıyev COP29-dan danışdı: "Cəsarətimizin təcəssümüdür" - FOTOlar
- Pişiyin yaşadığı evdə bu 3 şeyi etməyin: Peşman olacaqsınız
- Bu bürcün qızları pis sevgili olur – Astroloqların İDDİASI
- Azərbaycanda stadionda qorxulu anlar yaşandı - VİDEO
- 50 yaşlı Bekhem açıq-saçıq geyimdə poza verdi
- Rusiya ilə münasibətlərdə problem var
- Günün qoroskopu: Şərait sizi nəzərdə tutulmamış xərclərə vadar edə bilər.
- Bakıya qarşı provokativ suala İran səfirinin cavabı
- Ərdoğan təsdiqlədi: Ərbilə səfər edəcək
- Rusiya müharibəyə bu gün son qoya bilər - G7
- Sloveniyadan vətəndaşlarına İranla bağlı xəbərdarlıq...
- Könül Həsənova icra başçısının müavini təyin olundu
- "Hudutsuz sevda"ya vida etdi - FOTO
- Netanyahu alman nazirə acıqlandı - “Biz nasistlərə bənzəmirik”
- ÇL-də həftənin ən yaxşısı açıqlandı
- Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
- Dərbənddə naməlum şəxs kafedə insanlara atəş açdı
- Ermənistanın ərazisi İranın daha “qırmızı xətti” deyil? – Səfir
- Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov
- Venesiya Biennalesində Azərbaycan pavilyonu açıldı
- Zaminin məsuliyyətinə dair yeni hal müəyyənləşir