Mədəniyyət

Anar: "Bu yaş daha uzaqlara aparıla bilər"

30 Yanvar 2015 11:47
0 Şərh     Baxış: 1 672
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Mən hesab edirəm ki, "Dədə Qorqud" dastanı bütün türk dünyasının əsəridir. Türk dünyasının Şekspir, Servantes əzəmətində yazıçısı yoxdur. Amma nə ingilislərin, nə ispanların, nə də digərlərinin "Dədə Qorqud" kimi eposları var".

Trend xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin sədri, millət vəkili Anar Rzayev Azərbaycan şifahi xalq ədəbiyyatının qədim yazılı abidəsi olan "Kitabi-Dədə Qorqud"un "Təpəgöz" boyunun alman şərqşünası, türkoloq, diplomat Fridrix fon Dits tərəfindən tərcümə olunaraq dünyaya tanıdılması və ilk dəfə tədqiqata cəlb edilməsinin 200-cü ildönümünə həsr olunmuş "Kitabi-Dədə Qorqud və Fridrix fon Dits - 200" beynəlxalq kollokviumunun açılışında deyib.

O, həmçinin qeyd edib ki, "Dədə Qorqud"un 1200 il yaşı olması böyük mübahisə doğurur: "Bu yaş daha uzaqlara aparıla bilər. Çünki "Dədə Qorqud"un yaşının onun əlyazmasının ortaya çıxdığı dövrlə uyğunlaşdırılması düzgün deyil. Bu yaş daha qədimlərə gedib çıxır".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.