Mədəniyyət

Vaqif Səmədoğlunun məzarında maraqlı olay - FOTO

29 Yanvar 2015 17:56
1 Şərh     Baxış: 10 310
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq şairi Vaqif Səmədoğlunun dəfn mərasimində maraqlı hadisə yaşanıb

APA-nın məlumatına görə, şairin oxucularından biri, gənc xanım V.Səmədoğlunun məzarı üstünə bir cüt ayaqqabı qoyub.

Ayaqqabının yanındakı kağızda isə əlyazma ilə Vaqif Səmədoğlunun bu misraları yazılıb:

"Məzarıma

nə başdaşı qoyun,

nə heykəl.

Bir cüt ayaqqabı qoyun,

ayağıyalın

geyib getsin..."

Oxucunun sevimli şairinə jesti vida mərasimində iştirak edənləri təsirləndirib, şairin həyat yoldaşı Nüşabə Vəkilova isə "bu, əsl oxucu sevgisidir" deyib.

Qeyd edək ki, V.Səmədoğlu dünən səhər saatlarında dünyasını dəyişib. O, I Fəxri Xiyabanda dəfn olunub.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.