Mədəniyyət

Xalq şairi Vaqif Səmədoğlu ilə FOTOSÖHBƏT

28 Yanvar 2015 14:49
0 Şərh     Baxış: 3 564
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Xalq şairi Vaqif Səmədoğlunun 28 yanvar 2015-ci il tarixində vəfatı ilə əlaqədar onunla modern.az-da getmiş FOTOSÖHBƏT layihəsini təkrar yayımlayırıq.

Vaqif Səməd oğlu Vəkilov 1939-cu il iyunun 5-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının ifaçılıq fakültəsini bitirib. 1963-1971-ci illərdə Konservatoriyada müəllim işləyib. 1968-ci ildən "Azərbaycan Ensiklopediyası" nəşriyyatında şöbə müdiri, 1973-cü ildən Azərbaycan Kinostudiyasında ssenariçi, 1992-ci ildən "Oğuz eli" qəzetinin baş redaktoru vəzifələrində çalışıb. Azərbaycanın xalq şairi, əməkdar incəsənət xadimidir. "Şöhrət" ordeni ilə təltif edilib. Müxtəlif dillərdə çap olunmuş şeir və dram əsərlərindən ibarət 10-dan çox kitabın müəllifidir.

İkinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Evli idi, 3 övladı var.



Mənim üçün ən əziz şəkillərimdən biri. Atam Səməd Vurğun, bacım, qardaşım və mən.



Anam Xavər xanımla. Bu şəkli 1949-cu ildə çəkdirmişik.



Gənclik illərinə qədəm qoymuşuq, bacım Aybənizlə birlikdəyəm.



Bu şəkil 1954-cü ildə Qobustanda çəkilib. Soldakı atam, ortadakı isə mənəm.



Yenə gənclik illəri... Fortepianoda ifa edirəm.



"Azərbaycan Ensiklopediyası" nəşriyyatında işləyirdim. Sağda birinci əyləşən mənəm.



Ərəblinski adına Sumqayıt Dram Teatrı. "Bəxt üzüyü" tamaşasının yaradıcı heyəti arasındayam. 1986-cı il.



Məşhur bəstəkarlarla birlikdə. Soldakı Emin Sabitoğlu, ortadakı Tofiq Quliyevdir.



Sağdakı mərhum rejissor Hüseynağa Atakişiyevdir, o birilər də xarici qonaqlarımız.



Qardaşım Yusif Səmədoğlu ilə birlikdə...



Yaş getdikcə artır, ömür gedir...



Qızım Nigarla...



60 yaş nə tez çatdı...Şəkil 1999-cu ildə lentə alınıb. Anam və həyat yoldaşım Nüşabə xanım.



Heyvanları, quşları çox sevirəm. Çiynimdəki Çil-çildir.



Məni tanıyanlar ov həvəskarı olduğumu bilirlər.



8 noyabr 2000-ci il. "Mamoy kişinin yuxuları" pyesinin premyerası uğurla başa çatıb.



Bu şəkil 2001-ci il martın 5-də lentə alınıb. İş masamın arxasındayam.



Qızım Mirvari ilə...



"Yaşıl eynəkli adam-2" televiziya tamaşasının çəkilişi zamanı tanınmış aktyorlarla birlikdə...



Anam Xavər xanımla. Yeni il bayramını qeyd edirik.



Dostum Anarla Yusif Səmədoğlunun məzarını ziyarətə gəlmişik.



Vaqif Səmədoğlu "Dədə Qorqud" obrazında...



Dövlət Gənclər Teatrında "Generalın som əmri" tamaşasının kollektivi ilə.



Milli Məclisdə...Fotoaparatım həmişə, hər yerdə mənimlədir.



2003-cü il, Strasburq. Avropa Şurası Parlament Assambleyasında Markiz Martiness Kissanla...



Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti Terri Devislə...



II çağırış Milli Məclisin AŞ PA-dakı nümayəndə heyəti. Xaricdə səfərdəyik.



Mən təbiətin vurğunuyam. İstirahətdə...



Topaş və Rembo. Onları çox istəyirəm..



Həyat yoldaşım Nüşabə xanımla...



Əzizlərim - nəvələrim Ayla və Məryəm.



Son şəkillərimdən biri...

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.