Mədəniyyət

Azərbaycanın neçə xalq şairi və xalq yazıçısı qaldı? - SİYAHI

28 Yanvar 2015 14:24
0 Şərh     Baxış: 2 267
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu gün Vaqif Səmədoğlunun vəfat etməsindən sonra Azərbaycanda xalq şairlərinin sayı azaldı. Bəs hazırda Azərbaycanda neçə nəfər xalq şairi və xalq yazıçısı həyatdadır? Milli.Az xəbər verir ki, modern.az saytı bunu Azərbaycan Yazıçılar Birliyi ilə (AYB) dəqiqləşdirib. AYB-dən bildirilib ki, hazırda 5 xalq şairi və 6 xalq yazıçısı həyatdadır. Xalq yazıçısı və xalq şairi adına görə həmin ədəbiyyat nümayəndələrinə 50 manat müavinət verilir.

Bu adlara layiq görülən yazıçı və şairlərin siyahısını təqdim edirik.

Xalq şairləri

Söhrab Tahir
Nəriman Həsənzadə
Fikrət Qoca
Sabir Rüstəmxanlı
Zəlimxan Yaqub

Xalq yazıçıları

Maqsud İbrahimbəyov
Anar Rzayev
Elçin Əfəndiyev
Rüstəm İbrahimbəyov
Mövlud Süleymanlı
Çingiz Abdullayev

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.