Mədəniyyət

"Çətin missiya-5" filminin premyera tarixi dəyişdi

27 Yanvar 2015 15:00
0 Şərh     Baxış: 671
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Paramount Pictures" studiyası "Çətin missiya -5" filminin premyerasının tarixini dəyişdirib

Trend-in xarici KİV-lərə istinadən verdiyi məlumata görə, filmin premyerası bu il dekabrın 25-dən iyulun 31-nə keçirilib.

Bununla da prodüserlər 2015-ci ilin dekabrın 18-də prokata çıxacaq "Ulduzlar müharibəsi" filminin yeddinci epizodu ilə rəqabətdən yayınmaq istəyirlər.

Qeyd edək ki, rejissoru Brayan de Palma, baş rol ifaçısı Tom Kruz olan "Çətin missiya" filminin ilk hissəsi 1996-cı ildə ekrana çıxıb. Film prokatda 456,5 milyon dollar qazanıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.