Mədəniyyət

"Nizami" restoranında kinoklubun növbəti görüşü keçirilib - FOTO

27 Yanvar 2015 11:49
Baxış: 702
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Yanvar ayının 23-də "Nizami" restoranında kinoklubun növbəti görüşü keçirilib. Həmin axşam rejissorlar Zamir Süleymanov və Emin Əzizbəylinin "Astar" qısametrajlı filmi nümaiş olunub. Emin özü nümayişə qatılıb.

Klubun formatına uyğun olaraq, nümayişdən sonra filmin və ümumiyyətlə yerli kinematoqrafiyanın problemləri və problemlərin həlli müzakirə olunub.

Qonaqlar sırasında tanınmış və yeni addımlar atan rejissorlar, prodüserlər, həmçinin televiziya, marketinq və piar sahələrində tanınmış insanlar yer tutmuşdur.

Klub "Evenutz" şirkətin təşəbbüsü, "Nizami" restoranının təşkilati, "Nizami" kinoteatrının informasiya dəstəyi ilə hər ay bir-iki dəfə təşkil olunur.

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.