Mədəniyyət

Dünya əhəmiyyətli tarixi abidə - "Baba Dərviş"dən REPORTAJ - VİDEO

26 Yanvar 2015 21:14
1 Şərh     Baxış: 4 812
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

5 təpədən ibarət olan bu qədim yaşayış yerində ötən əsrin 50-60-cı illərində 3 dəfə arxeoloji tədqiqatlar aparılıb. Türkel TV (Region TV) xəbər verir ki , Qazıntılar zamanı eniolit, tunc, ilk dəmir dövrlərinə və antik orta əsrlərə aid yaşayış yerləri, qəbir abidələri öyrənilib. Buradakı qəbirlərin üzərində müxtəlif simvollar həkk olunub. Bu işarələr isə məzarın kimə məxsus olmasını göstərir. Tədqiqatlar zamanı məlum olur ki, yaşayış məskəni 3 böyük mədəni təbəqədən ibarətdir.
 

Mədəniyyət və Turizm Şöbəsində baş abidə mühafizi Nofəl Qurbanov: "Alt təbəqə, hansı ki, eramızdan əvvəl 5-ci minilliyə təsadüf edir. Orta təbəqə eramızdan əvvəl 3-cü minilliyə, üst təbəqə ermızdan əvvəl 1-ci minilliyə təsadüf edir. Bu mədəni təbəqələr, deməli, alt təbəqə Şomutəpə mədəniyyəti adlanır. Orta təbəqə Kür-Araz mədəniyyəti adlanır. Üst təbəqə isə Gədəbəy mədəniyyətinə aiddir".
 

Hazırda abidənin yerləşdiyi Xanlıqlar kəndində dərvişlər məhəlləsi də var. Yaşayış məskəninin tarixi qədər adı da qədimdir.
 

Kənd sakini Etibar Mikayılov: "Babalarımızdan, yaşlı nəslimizdən eşitdiyimə görə, bu kəndin adının tarixi belədir ki, kənd 4-5 dəfə o üzə, bu üzə köçüb. Axırıncı dəfə Dərviş adında kənd ağsaqqalı köçüb burada yeni kənd salıb. Elə o vaxtdan da bu kəndin adı qalıb Baba Dərviş".

Baba Dərviş yaşayış məskənindən əldə edilən material ibtidai tarixin öyrənilməsi üçün əvəzsiz qaynaqdır. Bu qaynaq dövlət tərəfindən də nəzərə alınıb və tarixi abidə kimi qorunur.


Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.


фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.