Mədəniyyət

60 nağaranı 3 alətə yığdı - VİDEO

20 Dekabr 2014 12:20
0 Şərh     Baxış: 1 125
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ustad Antiq Seyidov indiyədək heç kimin etmədiyi bir iş görüb. O, nağaraya yenilik gətirib. İfaçı musiqi sahəsinə gətirdiyi yeniliklə hər kəsin maraq dairəsindədir.

Milli.Az Kanal S-ə istinadən bildirir ki, mahir zərb alətləri ifaçısı Antiq Seyidov nağarada dəyişiklik edib. O, balaban ifaçısı olmasına baxmayaraq, öz istedadını zərb musiqi alətlərimizin inkişafına həsr edib. Nağaranı, qavalı, dəfi xüsusi peşəkarlıqla ifa etməklə yanaşı, fərqli üslubda insanlara çatdırır. Yeni kəşf  qeyri-adiliyi ilə diqqət çəkir. Sənətkar 60 nağaranı 3 alətdə cəmləyərək onlara xüsusi ad verib. Antiq Seyidov artıq bu alətlərlə bir çox konsertlərdə çıxış edib və onun ifası böyük marağa səbəb olub.

Hər nağaranın öz səsi və ritmi notlara köçürülüb və 16 əsər ərsəyə gətirilib. Bunlara muğam şöbələri ilə yanaşı, aşıq müsiqiləri də daxildir. Digər nağara aləti isə "7 başlı əjdaha" adlanır. Bu alətlə o xalq artisti  Alim Qasımovla bir neçə səhnəni bölüşüb.

Ustadın ilk aləti 5 ilə hazır olub. Digər alətlər üçün 10 il vaxt sərf olunub. Antiq Seyidov yeni kəşf etdiyi alətlə Azərbaycanı xarici ölkələrdə təmsil etmək üçün hazırlaşır.

Milli.Az

Внимание! У вас отключен JavaScript, или установлена старая версия проигрывателя Adobe Flash Player. Загрузите последнюю версию флэш-проигрывателя.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.