Mədəniyyət

Gülşən Qurbanovanın doğum günüdür - VİDEO - FOTO

19 Dekabr 2014 12:13
3 Şərh     Baxış: 1 928
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu gün xalq artisti Gülşən Qurbanovanın doğum günüdür. Yaşasaydı, aktrisanın 64 yaşı tamam olacaqdı.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Gülşən Ağadadaş qızı Qurbanova 19 dekabr, 1950-ci ildə dünyaya gəlib. 1974-cü ildə Azərbaycan Mədəniyyət və İncəsənət İnstitutunu bitirib. Həmin ildən Gənc Tamaşaçılar Teatrında çıxış etməyə başlayıb.

Aktrisa kimi fəaliyyəti dövründə yaratdığı obrazlar Gülşən Qurbanovaya tamaşaçı sevgisi qazandırıb.

"Mənim nəğməkar bibim" tamaşasındakı Mərcan, "Şirinbala bal yığır" tamaşasında Eyzəngül, "Məhəbbət novellası" tamaşasında Gülnarə və digər obrazlarını Azərbaycan tamaşaçısı yaxşı xatırlayır.

Qeyd edək ki, G.Qurbanova 2006-cı il noyabrın 17-i ömrünün 55-ci payızında dünyasını dəyişib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Videonu izləmək üçün şəkilə klikləyin.

фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.