Mədəniyyət

"Kosmosda Yeni il əhvalatı" filminin təqdimatı - FOTO

18 Dekabr 2014 12:54
Baxış: 1 227
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Tusi Bohm Planetarium Yeni ildə uşaqlara və böyüklərə onların marağına səbəb olacaq bir film hədiyyə edir. Ənənəsinə sadiq qalraq Tusi Bohm Planetarium dünya planetariumlarında gedən filmləri Azərbaycan dilinə tərcümə edir. Film Donetsk Planetariumunun istehsalıdır. Filmi Azərbaycan dilində səsləndirənlər əməkdar artistlər Allahverdi Yolçuyev və Nəcibə Hüseynovadır.

Tusi Bohm Planetariumun direktoru Famil Mustafanın sözlərinə görə, "Bu filmi izləyən uşaqlar əylənməklə yanaşı, həm də öyrənəcəklər. Hər Yeni il gələndə onlar göy üzünə baxıb ulduzları, bürcləri, planetləri tanıya biləcəklər. Çünki bu filmdə kosmosa qovulmuş Küpəgirən qarı Yeni ildə gecə göyündə olan bürclərdən, planetlərdən və kometlərdən öz planetini soruşur. Filmlərimizin vaxti 30 dəqiqədir, düşünün, bəlkə də bir neçə kitabdan öyrənə biləcəklərini körpələr bu müddət ərzində daha tez yadda saxlaya bilirlər". Onun sözlərinə görə, yeni ildə Tusi Bohm Planetarium daha yeni filmlər gətirəcək. Film uşaqların qış tətili bitənə qədər onların ixtiyarında olacaq.

Filmdə Küpəgirən qarı Yeni ildə sehrli kosmosa düşür. Onu kosmosda qış göyünün personajları, kometlər və planetlərlə görüş gozləyir. Görəsən, Küpəgirən qarı öz planetini tapıb Yeni ili qarşılaya biləcəkmi?

Şamaxi Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev və "Azərsun" Holdinqin vitse- prezidenti Tahir Gözəl filmin nümayişinə dəvət olunmuş xüsusi qonaqlara Tusi Bohm Planetarium haqda danışdılar. "Azərsun" Holdinqin vitse-prezidenti Tahir Gözəl "Uşaqlara kosmosu öz evləri kimi sevməyi tövsiyyə etdi. "Tusi Bohm Planetarium sizə bilmədiklərinizi, sizin üçün əlçatmaz görünən planetləri daha da yaxın edir", - dedi.

TB Planetarium - Azərbaycanda müasir dövr üçün ən son nəsil texnologiya ilə təchiz olunmuş ilk planetariumdur. Planetariumda 8K prinsipi əsasında çalışan 2 çox güclü və dəqiq proyektorla 10 m-lik ekranda alınan xəyal ilə tamaşaçılar kosmosun ənginliklərinə səyahət edə bilərlər.

Bu məkan bütün yaş təbəqələrini əhatə edir və əhaliyə maarifləndirmə və bilik vermə funksiyasını daşıyır.

Planetariumun proqram təminatı səmanın istənilən yerinə istənilən anda səyahət etməyə, milyon illər ərzində baş verən prosesləri bir neçə dəqiqəyə qədər qısaldılıb müşahidə etməyə, mövzuya aid xüsusi film, şou, ekskursiya hazırlamağa imkan verir. Burada filmlər, cizgi filmləri, kosmosa səyahət, sənədli filmlər nümayiş olunacaq.

Planetariumda elmi-maarifləndirmə məqsədi daşıyan sənədli filmlərlə yanaşı, aparıcı-ekskursiya rəhbəri tərəfindən hazırlanmış xüsusi şou-proqramlar da təşkil olunacaq.
Planetarium 58 tamaşaçı üçün nəzərdə tutulub.

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.