Mədəniyyət

Yay Gallery və Yarat Müasir İncəsənət Məkanı "Şəhərin səsi" adlı beynəlxalq pablik-art layihəsinə start verir

27 Noyabr 2014 16:00
Baxış: 716
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2014-cü ilin noyabr ayında Yay GalleryYarat Müasir İncəsənət Məkanı müasir incəsənətə dəstək ideyası çərçivəsində yeni"Şəhərin səsi" adlı beynəlxalq pablik-art layihəsinə start verir.
 

Layihə Yay Gallery-nin qarşısında olan postament üçün art layihənin işlənməsinin açıq müsabiqəsidir.
 

Yay Gallery, böyük məmnuniyyətlə, rəssamları, heykəltəraşları, memarları, dizaynerləri müsabiqədə iştirak etməyə dəvət edir. Art layihə qismində heykəl, instalyasiya, monumental qurğular, strit-art layihələri, o cümlədən işıq və digər effektlərin istifadəsilə ərsəyə gələn və ictimai yerlərdə nümayiş üçün nəzərdə tutulan eskizlər qəbul olunur.

Müsabiqənin konsepsiyasının tezisi - "İnsanın daxili dünyasının müasir dünyanın xarici faktorları ilə toqquşması"dır.
 

Müasir şəhər yaşayış üçün cəlbedici yerdir. Şəhərin məkanı müasir həyət tərzinin təcəssümü və bir növ, mücəssiməsinə çevrilir. Əhalinin müxtəlif qatları öz maraqları, zövqləri və arzularına uyğun olaraq şəhər məkanının təşkilinə öz tələblərini irəli sürürlər.

Müasir dünyada insan böyük şəhərin artmış səs-küyü ilə artıq bacarmaq gücünə malik deyil. Hərəkətdə olan avtomobillərin gurultusu, bitməyən təmir işləri, çoxsaylı reklam aksiyaları, avtomobil siqnalizasiyasının dəhşətli səsi - bütün bunlar və bir çox başqa faktorlar, bir tərəfdən şəhər infrastrukturunun və cəmiyyətin bütövlükdə inkişafının ayrılmaz hissəsidir, lakin hər zaman "medalın əks tərəfi"də var ... İnsanın şəxsi məkanına bu səs-küy necə təsir edir? Pəncərələri bərk bağlayıb, pərdələri çəkmək, qulaqlara pambıq salmaq problemin həlli deyil.
 

Böyük şəhərin müasir sakini onu əhatə edən səs-küydən heç yerdə gizlənə bilmir. Fiziki məkan komfort, harmoniya hissinə, insanın ətrafındakılarla uyğunlaşmasına və ya əksinə özgəninkiləşməsinə gətirib çıxara bilər...
 

Müsabiqədə iştirak açıq və pulsuzdur.
 

Müsabiqənin iştirakçısı olmaq üçün müsabiqənin elan olunduğu gündən etibarən, qeydiyyatın bitdiyi günə qədər www.yaygallery.com saytına daxil olaraq müsabiqədə iştirak üçün yaradılmış ərizə formasını yükləyib dolduraraq info@yaygallery.com e-mail ünvanına göndərmək lazımdır.
 

Müsabiqəyə iş təqdim edən hər iştirakçı məhdud sayda (maksimum 5) layihə təklif edə bilər. Müsabiqənin şərtlərinə görə art layihələr orijinal olmalıdırlar: xüsusi olaraq bu layihə üçün yaradılmalı, müəllifin şəxsən irəli sürdüyü konsepsiyaya əsaslanmalı (kiminsə öncədən mövcud olan konsepsiyasından götürülməməlidir), bundan qabaq heç yerdə nümayiş/dərc olunmayan, istehsal və realizə olunmamalıdırlar. Art layihədə Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olan vizual və yazılı informasiyanın yayılması (vətəndaşların və ya millətlərin (o cüm. milli azlıqların) dini və irqi hisslərin təhqiri, zorakarlığa, ekstremizmə çağırış, pornoqrafiya, narkotik vasitələrin, intihar və s. təbliği) qadağandır.
 

Müsabiqəyə göndərilmiş material, sənədlər, eyni zamanda art layihə geri qaytarılmır.

Müsabiqəyə açıq səma şəraitinə və xarici təsirə davamlı 146 x 324 sm ölçüsündə postament üçün nəzərdə tutulmuş layihələr qəbul olunacaq.
 

Layihələr bütün texniki parametrlərin qiymətləndirilməsindən sonra incəsənət peşəkarları tərəfindən qalib müəyyən olunacaq.
 

Layihə çərçivəsində qalib olmuş əsər realizə olunacaq və Yay Gallery qarşısındakı postamentdə quraşdırılacaq. Seçilmiş işin realizə olunması üçün Yay Gallery işin istehsalına lazım olan xərcləri öz üzərinə götürəcək. Müsabiqənin finalçısı iştirakı haqda sertifikat alacaq. Bundan əlavə, müsabiqənin qalibi pul mükafatı da alacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.