Mədəniyyət

Tanınmış aktrisamız qəzaya düşdü - FOTO

26 Noyabr 2014 17:23
0 Şərh     Baxış: 4 671
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Bələdiyyə Teatrının aktirsası, əməkdar artist Hüsniyyə Mürvətova qəzaya düşüb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, aktrisanın idarə etdiyi avtomobil bir neçə dəqiqə öncə "Gənclik" metrosundan Tibbi Universitetinə gedən istiqamətdə, Mirəli Qaşqay küçəsində vurulub. Əməkdaşımız H.Mürvətova ilə əlaqə saxlayıb. Mürvətova bildirib ki, "Nissan Tida" markalı avtomobil qəfil onun idarə etdiyi "Hyundai" markalı maşının qarşısına çıxıb:


"Qəfil qarşıma çıxdı. Yaxşı ki, maşını bir az kənara qaçırtdım, yoxsa daha pis nəticələnəcəkdi. Hazırda maşını evakuatorla servisə aparırıq, dəymiş ziyanı sığorta ödəyəcək".


Qəzadan çəkilmiş fotonu təqdim edirik.

Milli.Az


Böyütmək üçün şəkilə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.