Mədəniyyət

Azərbaycanda Türkiyənin Mədəniyyət Günlərinə start verilib - FOTO

23 Noyabr 2014 14:28
Baxış: 1 174
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Azərbaycanda Türkiyənin Mədəniyyət Günlərinə start verilib. Trend-in məlumatına görə, bu gün Türkiyə Mədəniyyət Günlərinin rəsmi açılış mərasimi Heydər Əliyev Mərkəzində keçiriləcək.
 

Mədəniyyət günləri ilə əlaqədar Azərbaycanda səfərdə olan Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çelikin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Fəxri xiyabanı, Şəhidlər xiyabanını və Türk Şəhidliyini ziyarət edib.

Daha sonra Mədəniyyət və Turizm Nazirliyində görüş keçirilib.

Görüşdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycan və Türkiyədə bu ölkələrin mədəniyyət günlərinin keçirilməsi iki ölkə arasında əməkdaşlığın daha da inkişafına öz töhfəsini verir.

Ömər Çelik isə, öz növbəsində, deyib ki, bu gün bütün sahələrdə olduğu kimi iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq strateji tərəfdaşlığa çevrilib.

Qonaqlar gün ərzində Azərbaycan Xalça Muzeyi, Beynəlxalq Muğam Mərkəzi ilə tanış olacaqlar.

Türkiyə Mədəniyyət Günləri noyabrın 27-ə kimi davam edəcək.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.