Mədəniyyət

"Mənim əsərlərimi tamaşaya qoymurlar"

22 Noyabr 2014 18:24
0 Şərh     Baxış: 737
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Azərbaycandakı teatrların hamısına hələ indiyə qədər heç yerdə oynanılmayan pyeslər təqdim etmişəm, amma onların heç biri səhnəyə qoyulmayıb".

Bunu aznews.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin Dramaturgiya şöbəsinin müdiri, yazıçı-dramaturq Firuz Mustafa bildirib.

"Adətən hər bir əsərin səhnəyə yol tapması mürəkkəb, üzücü bir proseslə müşayiət olunur. Görünür, bunu proseduranın özü belə tələb edir. Teatrlara verdiyim pyeslərin səhnə taleyi isə məndən asılı deyil. Bu, artıq teatrlardan asılı olan məsələdir, ancaq hiss edirəm ki, bəzi teatrlarda mənə soyuq bir münasibət var. Təxminən bunun da səbəbini bilirəm", - deyə yazıçı əlavə edib.

Qeyd edək ki, Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov bir il öncə verdiyi mətbuat konfransında Firuz Mustafanın pyesləri haqda bunları deyib: "Mən Firuz Mustafanın pyeslərini tamaşaya qoymaq istəyirdim. 12 pyesini oxudum və gördüm ki, bu pyeslərdən heç birini tamaşa qoya bilmərik".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.