Mədəniyyət

Məşhur türk aktyorlar "28 Cinema"da film premyerasında iştirak ediblər - FOTO

22 Noyabr 2014 15:09
Baxış: 2 401
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Kinoteatr "Birleşen Gönüller" filminin möhtəşəm qala-premyerasını keçirib

21 noyabr 2014, Bakı: Azərbaycanın premium kinoteatrı "28 Cinema" noyabr ayının 20-də məhşur türk kino ulduzlarının iştirakı ilə möhtəşəm qala-premyera keçirmişdir.

"28 Cinema" kinoteatrı, "Kofteci" restoranı və "Synergy Partnership" şirkətinin sponsorluğu ilə təşkil olunan tədbir Türkiyədə və Azərbaycanda böyük maraqla gözlənilən "Birleşen Gönüller" filminin premyerasına həsr olunmuşdur.

Tədbirdə filmin qəhrəmanlarını oynayan Atılgan Gümüş, Sema Çeyrekbaşı, Serkan Şenalp, Ferdi Akarnur kimi məşhur türk aktyorlar iştirak etmişlər. Premyera gecəsində türkiyəli qonaqlar ilə yanaşı, ölkəmizin bir çox məhşur simaları, şirkət rəhbərləri, media nümayəndələri iştirak etmişlər. Tədbirdə qonaqlar üçün furşet və fotosessiya təşkil olunmuşdur.

Filmin nümayişindən sonra isə türk aktyorlarının və "28 Cinema" kinoteatrının nümayəndələrinin iştirakı ilə jurnalistlər üçün mətbuat konfransı keçirilmişdir.

Tədbirin sonunda məhşur türk qonaqlar onlara qalmaq üçün şərait yaradan Kempinski Badamdar Otelinə yollanmışlar.

"28 Cinema" kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. "28 Cinema" "PLATINUM MOVIE SUITES" zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində "Blackberry" restoranı yerləşir.

Böyütmək üçün şəkillərə klikləyin.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.