Mədəniyyət

"Qırmızı Bağ" filminin çəkilişi davam edir

28 Oktyabr 2014 16:34
0 Şərh     Baxış: 1 172
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda son vaxtlar bədii filmlərin çəkilişi intensiv hal alıb. Bu sahədə artıq uğurlar da əldə olunub. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, hazırda  çəkilişi davam edən filmlərdən biri "Qırmızı bağ" filmidir. Əsas çəkilişləri Şəkidə aparılan filmin yaxın zamanlarda ekranlara çıxacağı gözlənilir. Filmin çəkilişinə 2011-ci ildən başlanılıb. Əvvəlcə bu iş "Səlnamə" kinostudiyasına tapşırılmışdısa, sonradan Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin qərarına əsasən, "Azərbaycanfilm" kinostudiyasına həvalə olunub.

Təhvil-təslim işlərinə görə, çəkiliş prosesində ləngimələr yaranıb. Müşfiq Hətəmovun sözlərinə görə, filmdə təqribən 50 nəfər rol alacaq. Baş rolları isə Maksud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev, Xanlar Həşimzadə oynayır. Çəkilişlər, əsasən, Şəkidə aparılır, son səhnələr isə Gəncədə qurulacaq. Filmin ssenari müəllifi və rejissoru Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, rəssamı isə Lyanid Karpovdur. Film adından göründüyü kimi, yarpaqların qızardığı payız mövsümünə təsadüf edir. Filmdə insanın öz eqaizminə necə qalib gəlməsi sərgilənir.
Filmin ideyasına görə, təbiətin bir parçası olan insan təbiəti qorumalıdır.

Bu il Azərbaycan kinosu üçün əlamətdardır. Qeyd edək ki, ötən il İsmayıllıda çəkilən "Nabat" filmi Oskar mükafatına namizəd kimi təqdim edilib. Ümumiyyətlə isə Azərbaycanın istehsalı olan filmlər Kaan, Karlavali, Venesiya kimi dünyanın 18-ə yaxın məşhur beynəlxalq festivallarına dəvət alıb.

"Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov: "Hazırda "Qırmızı bağ" filmi ilə yanaşı, Yavər Rzayevin "Xeyirlə şərin rəqsi", Cavid Təvəkkül və Rafiq Əliyevin "Dəyərli adlar", Elxan Cəfərovun "Əsgərin şücaəti", İlqar Səfatın "İçərişəhər" filmlərinin çəkilişi davam edir. Yaxın zamanlarda həmin filmlərin ekranlara çıxacağı gözlənilir.


Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.