Mədəniyyət

Nizami Kino Mərkəzində "Müslüm Maqomayev haqqında xatirələr" sənədli filminin təqdimatı oldu - FOTO

25 Oktyabr 2014 16:02
Baxış: 1 127
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Nizami Kino Mərkəzində "Müslüm Maqomayev haqqında xatirələr" sənədli  filminin təqdimat mərasimi keçirildi.

Oktyabrın 24-də Nizami Kino Mərkəzində dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevə həsr olunmuş "Müslüm Maqomayev haqqında xatirələr" sənədli filminin təqdimat mərasimi olub.

Azərbaycanın xalq artisti rejissor Tofiq İsmayılovun "Salnamə" studiyasında lentə aldığı filmdə Azərbaycan və Rusiyanın görkəmli sənət adamlarının və Müslüm Maqomayevin yaxın dostlarının onun haqqında söylədikləri xatirələri, sənətkarın müxtəlif  illərdə etdiyi ən gözəl ifaları, ilk dəfə nümayiş olunan kinoxronika kadrları yer alıb.

Filmin ssenari müəllifi və rejissoru Tofiq İsmayılov, musiqi məsləhətçisi Tamara Sinyavskaya, səs rejissoru Azad Vəliyev, operatorları Rafiq Quliyev, İqor Boqdanov, Ziya Babayev, Andrey Lebedev, Anatoli Petrov, musiqi redaktoru Sevinc Rzayeva, redaktor Ramiz Əliyev, icraçı prodüserləri Kamil Məmmədov və Tofiq Musayevdir.

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev film haqqında fikirlərini söylədi, təqdimat mərasiminin M.Maqomayevin anım gününə təsadüf etdiyini qeyd etdi.

Sənədli lentin rejissoru Azərbaycanın xalq artisti, professor Tofiq İsmayılovun təklifi ilə qonaqlar filmin nümayişindən qabaq Müslüm Maqomayevin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Nizami Kino Mərkəzinin foyesində qonaqlar sənətkarın yaradıcılığını əks etdirən fotosərgi ilə də tanış oldular.

Böyütmək üçün şəkillərə klikləyin.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.