Mədəniyyət

"Nağayracuğ a?.." - VİDEO

25 Oktyabr 2014 11:08
0 Şərh     Baxış: 2 534
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bayağı mahnılar tüfeyli həyata marağı artırır

Bu dəfə biz tez-tez müraciət edilən mövzulardan biri olan bayağı mahnılardan danışacağıq. Əslində, bu mövzu o qədər çeynənilib ki, bizim də bu mövzuya müraciətimiz, onun həzmində, bəlkə də, heç bir irəliləyiş gətirməyəcək. Amma biz bu dəfə də cəhd edib, bu məsələni bir daha gündəmə gətirəcəyik. Misal üçün, Bakı-Sumqayıt yolunu tez-tez gedib-gələn sərnişin kimi, sürücülərin ən çox dinlədiyi bir mahnıya toxunacam.

Elə götürək "Ağlın varsa, evlənmə" mahnısını. Bu dırnaqarası mahnıda iki nəfər özünə əl qatıb ki, ay dinləyicilər, ay qardaşlar, sizi əmin edirik ki, evləndinizsə, onda mütləq qara günləriniz başlayacaq, hətta buna dəlil, səbəb də gətirir. Yaxşı, bunu başa düşdük. Evlənməyin min cür dərd-səri var. Anlaşılmaz bir məsələ odur ki, həmin müəlliflər mahnının sonunda birdən-birə fikirlərini dəyişirlər. Bu iki qardaş, yəqin, anlayır ki, belə mahnı ilə çətin ki, toy tutasan. Bunu nəzərə alan müəlliflər tez-tələsik mahnının sonunda "ağlın varsa, qardaş, evlən" deməklə onun bütün məzmununu alt-üst edirlər.

Yazıq dinləyici, gəl bu mahnıdan sonra çaş-baş qalma! Sizi bilmirəm, amma mənim ağlıma bu anda bir söz düşür, "nağayracuğ aaa??". Nağayracuq demişkən, elə eyni adlı bu mahnı bir ara yaman populyarlıq qazanmışdı. Hətta məsələ o həddə çatmışdı ki, ictimai obyektlərdə, ziyalılar arasında, çöldə, bayırda, kafedə, restoranda, inanmazsız, hətta mənim çölə-bayıra çıxmayan nənəmin dilindən bu kəlmə düşmürdü.

İnternet portallarında az qala izləm rekordları qıran bu musiqilər, psixoloqlarin fikrincə, insanlara pis vərdişləri təbliğ edir və bu musiqilər insan psixologiyasına mənfi təsir göstərir. Bu mahnılar gənclər arasında tüfeyli həyata marağı artırır və bu musiqilərin yayılmasının qarşısı mütləq alınmalıdır. Hər halda, psixoloqlar belə hesab edirlər.

Qeyri-rəsmi statistikaya əsasən, bayağı musiqilərin dinləyicisi əsasən gənc sürücülərdir. Onların bu mahnılardan cuşa gəlib, qəza törətmə riski də yüksəkdir. Düzdür, deyirlər ki, müsiqi qəlbin açarıdır, kim bununla mubahisə edər? Qəlbin istədi - dinlədin. Amma bunu da yaddan çıxarmaq olmaz ki, musiqi qulaq vasitəsi ilə dinlənilir. Gərək qulaq öyrəşsin ki, nə qəlbləri vursun, nə də mənəvi dünyamızın zövqünü pozsun.

ANS TV

Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.