Mədəniyyət

Əməkdar artistdən ailəsinin dağılması ilə bağlı etiraf: "Mənə xəyanət etdi"

24 Oktyabr 2014 15:13
6 Şərh     Baxış: 5 147
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Əməkdar artist Mehriban Xanlarova ailəsinin dağılmasından danışıb. Lent.az-ın məlumatına görə, ANS-in "Xəbərsizsiniz" verilişinə qonaq olan aktrisa ailəsinin xəyanət üstündə dağıldığını deyib:

"Hərdən biz sənətkarlara dırnaqarası baxırlar. Deyirlər ki, sənətçi ailə sahibi ola bilməz. Niyə axı? Məsələn, mənim çox gözəl ailəm olub. Amma kişinin səhvinin ucbatından ailəm dağıldı. Həyat yoldaşım mənə xəyanət etdi, boşandıq. Düzdür, insanıq, səhvləri bağışlamalıyıq. Mən də dəfələrlə onu bağışladım. Amma nə vaxta qədər bağışlamalı idim? Bu hal dəfələrlə təkrarlanmışdı. Mənim kimi yoldaşına qadınlıq edən ikinci bir adam, bəlkə də olmazdı. Kişinin qanında problem, xəyanət varsa, istəyirsən onu başdan-ayağa kimi geyindir, işə yola sal, o, istədiyini bayırda edəcək. Mən 4 il həyat yoldaşıma görə bütün kitabları bağladım. Uşaq yaşlarından şalvar, qısa ətək geyinən Mehriban Xanlarova ailəsinə görə örtülü geyindi. Amma sonda nə oldu? Bu da kişi".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.