Mədəniyyət

"Euronews" Bakıda keçirilən caz festivalından yazdı

24 Oktyabr 2014 12:40
0 Şərh     Baxış: 648
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Euronews" telekanalının saytında Volfqanq Şpindlerin oktyabrın sonlarında Bakıda keçirilən, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondu tərəfindən təşkil olunan illik caz festivalı haqqında məqaləsi yerləşdirilib.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, festivalda azərbaycanlı musiqiçilər və tanınmış əcnəbi caz ifaçıları iştirak ediblər.

Məqalədə deyilir ki, festivalı Ceyms Beyts və Tomas Morqan ilə birlikdə səhnədə olan Kreyq Teyborn açıb.

Bundan başqa, materialda məşhur caz ifaçılarının caz haqqında fikirləri yer alıb.

Məqalədə deyilir ki, Kreyqin ən sevimli janrı improvizasiyadır və burada ifaçının, demək olar ki, tayı-bərabəri yoxdur.

Məqalə müəllifinin fikrincə, azərbaycanlı caz ifaçısı Elçin Şirinov öz nəslinin ən parlaq caz ifaçılarından biridir və o, Bill Evans, Herbi Henkok və Bred Medlonun pərəstişkarıdır: "Elçin Şirinov ən yaxşı muğam ifaçılarından biridir, YUNESKO isə muğamı bəşəriyyətin mədəni irsinin incilərindən biri elan edib".

Məqalədə deyilir: "Elçin Şirinov Ben Strit və Cef Bellard ilə birlikdə çıxış edib. Gənc azərbaycanlı ifaçı Strit və Bellardı festivalda iştiraka dəvət etməyi qərara alıb, məktub və səs yazılarının mübadiləsindən sonra məşqlərin tarixi müəyyən edilib. Vaxtın az olmasına baxmayaraq, nəticə "ən tələbkar gözləntilər"dən yüksək oldu.

Festival ABŞ-dan məşhur musiqiçilərin ifası ilə açıldı, amma məhz Azərbaycandan olan gənc virtuoz pianoçu Elçin Şirinovun ifası hamı tərəfindən gurultulu alqışlarla qarşılandı".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.