Mədəniyyət

Azərbaycanda ölüm xəbəri yayılan aktyora ailəsindən zərbə - VİDEO

23 Oktyabr 2014 10:53
0 Şərh     Baxış: 2 557
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İbrus" teatrı isə Fikrət Məmmədovu evlə təmin edib

Öldüyü haqda xəbər yayılan tanınmış aktyor Fikrət Məmmədov "Adam içində" verilişində özü ilə bağlı ürək ağrıdan faktlar açıqlayıb.

Anspress-in məlumatına görə, indi onu yeganə oğlu da qəbul etmir.

Fikrət Məmmədovun evinə gedən "Adam içində" verilişinin aparıcısı Afət Rahilqızına qapını oğlu açıb. Lakin atasının adını eşidən gənc dərhal qapını örtüb.

"Həyat yoldaşım məni evə buraxmır. Ev mənim adıma olsa da 15 ildir ki, küçələrdəyəm. Hər ikimizin günahımız var. Evsiz olduğumdan köhnə evimizin yanında yerləşən parkda qalıram. İndi skamyada yatıram. Evim yoxdur. Qonşular yemək verirlər. Qəzaya düşmüşəm. Çənəmi sındırmışam. Hər şey cəhənnəm, dişlərimi itirmişəm. İndi səhnəyə çıxmağa utanıram", - deyə Fikrət Məmmədov bildirib.

Aktyor Fikrət Məmmədov artıq evlə təmin olunub. Səfil həyatı yaşayan aktyoru müvəqqəti yaşamaq üçün mənzillə "İbrus" teatrı təmin edib və yenidən rollara çəkilməsi üçün Fikrət Məmədova köməkliklərini də əsirgəməyəcəkləri bildirilib. Bundan əlavə, aktyorun yeganə evindən ona payın düşməsi məsələsi ilə də verilişin hüquqşunasi İkram Abdullayev məşğul olacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.