Mədəniyyət

Azərbaycanın dünya şöhrətli muğam ifaçıları Meksikada konsert verdilər

22 Oktyabr 2014 15:31
0 Şərh     Baxış: 1 409
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ölkəmizin dünya şöhrətli muğam ifaçıları - Alim Qasımov və qızı Fərqanə Qasımova Meksikanın müxtəlif şəhərlərində konsert proqramları ilə çıxış edirlər.

Bu barədə Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfirliyindən Trend-ə verilən məlumatda deyilir.

Məlumatda qeyd olunur ki, Quanaxuato şəhərində ölkə üzrə hər il keçirilən məşhur "Beynəlxalq Servantino Festivalında və Mexiko şəhərinin "Şəhər Teatrı"nda müvəffəqiyyətli çıxışlar edən Alim Qasımov və Fərqanə Qasımovanın ölkənin Merida şəhərinin Peon Kontreras de Merida Teatrında ("Teatro Peon Contreras de Merida") və Quadalaxara şəhərinin Deqoyado de Teatrında ("Teatro Degollado de Guadalajara") daha iki konsert proqramı ilə çıxışları nəzərdə tutulur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.